Bütün xəbərlər
Rusiyalı boksçu Beterbiev çəki ölçmə mərasimində Smitdən daha ağır olub
Tarix: 12-01-2024 22:48 | Bölmə: Digər

Artur Beterbiyevlə Kallum Smit arasındakı döyüşdən əvvəl çəki ölçmə mərasimi keçirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rusiyalı boksçunun Böyük Britaniyadan olan rəqibindən daha ağır olduğu üzə çıxıb.
Beterbievin çəkisi 79,4 kq olub. Smitin isə 79,2 kq.

Xatırladaq ki, idmançılar rusiyalıya məxsus WBC, IBF və WBO çempionluq kəmərləri uğrunda mübarizə aparacaqlar. Döyüş yanvarın 13-dən 14-nə keçən gecə Kvebekdə baş tutacaq.
Beterbiev 19 döyüşdə 19 qələbə qazanıb. Smit 29 döyüşdə qalib gələrək bir məğlubiyyət alıb.





Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər