Bütün xəbərlər
Braziliyalı Ronaldo Sezar "Rostov" futbol klubuna keçir
Tarix: 12-01-2024 20:54 | Bölmə: Digər

Bolqarıstanlı "Levski"nin braziliyalı hücumçusu Ronaldo Sezarın Rusiya Premyer Liqasının "Rostov" klubuna transferi ilə bağlı rəsmi razılıq əldə olunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rostov-na-Donu klubunun rəsmi saytı hücumçunun komandaya keçidi faktını təsdiqləyib və onu parlaq oyun arzuları ilə qarşılayıb.
Ronaldo Sezar Soares dos Santos Braziliyanın "San Caetano" klubunun yetirməsidir, lakin il yarım əvvəl Avropaya - Bolqarıstanın "Levski" klubuna keçib.
Bolqarıstan çempionatı və kubokunun bu mövsümündə Ronaldo komandasının heyətində 25 matçda 7 qol vurub. Məşhur "Transfermarkt.world portalı oyunçunun dəyərini 1,4 milyon avro qiymətləndirir, forvardın qiyməti isə son bir ildə iki dəfə artıb.



Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər