Bütün xəbərlər
"Barselona" İspaniya Superkubokunun finalına yüksəlib
Tarix: 12-01-2024 11:02 | Bölmə: Digər


Səudiyyə Ərəbistanında İspaniya Superkuboku davam edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, turnirin ikinci finalçısı müəyyənləşib.
"Barselona" "Osasuna"nı 2:0 hesabı ilə məğlub edib. Finalda "Barselona" "Real"la qarşılaşacaq.
Hər iki qol ikinci hissədə vurulub. 59-cu dəqiqədə İlkay Gündoğanın ötürməsindən sonra Robert Levandovski Pamplonanın qapısını açıb. Görüşün sonunda "Barsa"nın qələbəsini əvəzedici heyətlə meydana çıxan futbolçular təmin edib. Joao Felies Lamin Yamalı qola gətirdi və "mavi qranatların" ən gənc oyunçusu ikinci qolu vurdu.
"Barselona" finala yüksəlib. “Real Madrid” və “Barselona” arasında həlledici görüş yanvarın 14-də Ər-Riyadda keçiriləcək.



Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər