Bütün xəbərlər
Olimpiya mükafatçısı həbs olundu
Tarix: 11-01-2024 21:02 | Bölmə: Digər

Boks üzrə Olimpiya Oyunlarının bürünc mükafatçısı Vladimir Nikitin hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilərək həbs edilib. 300 min rublu ələ keçirməyə çalışıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Sıktıvkar məhkəməsi məlumat yayıb. “Məhkəmə istintaq orqanlarının “hədə-qorxu ilə tələb etmə” maddəsi ilə cinayət törətməkdə təqsirləndirilən Nikitin V.O.-ya qarşı həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətini təmin edib.
Boksçuya fevralın 23-dək həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Nikitin 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiadada bürünc medal qazanıb. Bundan əlavə, idmançı kimi karyerası ərzində o, həm də üçqat Rusiya çempionu olub.




Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər