Bütün xəbərlər
Ovçu cüyür vurarkən təsadüfən qızı yaralayıb
Tarix: 11-01-2024 20:35 | Bölmə: Digər

Çelyabinsk vilayətində ov zamanı uğursuz atəş açan 63 yaşlı kişiyə qarşı cinayət işi açılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Regional İstintaq İdarəsi yanvarın 9-da Çelyabinsk vilayətinin Sosnovski rayonundakı Şerşnevski ovçuluğunun meşə sahəsində baş verən hadisə barədə məlumat yayıb.
İstintaq müəyyən edib ki, çərşənbə axşamı axşam saatlarında cüyür ovlayan şəxs tapançadan heyvana tərəf atəş açıb, lakin cüyür əvəzinə 17 yaşlı qızı yaralayıb. Zərərçəkənə tibbi yardım göstərilib və hazırda təhlükə yoxdur.
Ovçu barəsində ehtiyatsızlıqdan sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb. Faktla bağlı araşdırma aparılır, istintaqın gedişi prokurorluq tərəfindən nəzarətdə saxlanılır. Şübhəli şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.



Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər