Bütün xəbərlər
"ManUnited" və "Dortmund" Sanço üçün razılığa gəldilər
Tarix: 09-01-2024 20:07 | Bölmə: Digər

"Mançester Yunayted"in ingilis futbolçusu Ceydon Sanço mövsümlərarası fasilədə klubun qeydiyyatını dəyişəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İngilis "Borussiya Dortmund"a qayıtmağa daha yaxındır.
Bu məlumatı insayder Florian Plettenberg verib. Jurnalistin sözlərinə görə, futbolçunun qaytarılması icarə əsasında həyata keçiriləcək. Müqavilə bu mövsümün sonuna qədər qüvvədə olacaq. Artıq klublar müqavilənin bütün detalları ilə bağlı razılığa gəliblər.
Xatırladaq ki, Sanço “Borussiya”dan keçdiyi 2021-ci ildən “Yunayted”də çıxış edir. Daha sonra futbolçu "qırmızı şeytanlar"a 85 milyon avroya başa gəlib. Bu mövsüm o, avqust ayından bəri klub oyununda iştirak etməyib.




Baxış sayı: 206


Bölməyə aid digər xəbərlər