Bütün xəbərlər
Mbappe "Paris Saint-Germain" ilə müqaviləsini yeniləməmək qərarına gəlib
Tarix: 09-01-2024 16:03 | Bölmə: Digər


"Paris Saint-Germain"-in hücumçusu Kilian Mbappe gələcəyi ilə bağlı qərar verib. Futbolçu klubu ilə müqaviləsini yeniləməyəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kilian Mbappenin "Paris Saint-Germain" ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir. Beləliklə, hücumçu böyük ehtimalla Fransa çempionlarının sıralarını tərk edəcək.
“Sport-Ekspress”in məlumatına görə, yaxın günlərdə Mbappe klub prezidenti Nasser Al-Xelaifi ilə görüşəcək və ona mövqeyini izah edəcək. Böyük ehtimalla 25 yaşlı futbolçu "Real Madrid"in futbolçusu olacaq.
Bundan əvvəl mətbuatda dəfələrlə Mbappenin "Real"la anlaşması ilə bağlı xəbərlər dərc olunmuşdu. Lakin futbolçunun özünün ətrafındakılar bu məlumatı təkzib ediblər.



Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər