Bütün xəbərlər
"Soçi" "Lokomotiv"in qapıçısını icarəyə götürməyə hazırlaşır
Tarix: 06-01-2024 12:09 | Bölmə: Digər

Rusiya Premyer Liqasında sonuncu pillədə qərarlaşan "Soçi" son müdafiə xəttini gücləndirmək niyyətindədir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cənublular "Lokomotiv"in qapıçısı Gilyerme Marinatonu icarəyə götürə bilər.
Bu mövsüm 38 yaşlı Guilherme Marinatonun "Lokomotiv"də heç bir oyun təcrübəsi yoxdur. Dəmiryolçuların qapısının uzunmüddətli mühafizəçisi yalnız Rusiya kubokunun oyunlarında meydana çıxıb.
“Sport-Ekspress”in məlumatına görə, "Soçi" Rusiya millisinin sabiq qapıçısını mövsümün sonuna qədər icarəyə götürmək variantını nəzərdən keçirir.İspan Robert Morenonun rəhbərlik etdiyi cənubluların yeni məşqçilər korpusu Nikolay Zabolotnı və Nikita Qoylodan ibarət hazırkı qapıçılar komandasından tam razı deyil.
Lakin "Lokomotiv" veteran qolkiperin tezliklə gedəcəyini təsdiqləməyib. "Guilherme klubumuzun əfsanəsidir. Biz onunla ayrılmaq fikrində deyilik", - "Lokomotiv"dən "Sport 24"-ə bildiriblər.




Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər