Bütün xəbərlər
"Pittsburq" hücumçusu Malkin NHL-də 1100-cü oyununu keçirdi
Tarix: 05-01-2024 11:26 | Bölmə: Digər

Pittsburq Pinqvinz” xokkeyçiləri səfərdə “Boston Bruins”ə 6:5 hesabı ilə qalib gəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu matç Evgeni Malkin üçün yubiley idi.
Qonaq rusiyalı forvard NHL-də 1100-cü oyununu keçirib. Əvvəllər yalnız beş rusiyalı bu göstəriciyə çata bilmişdi. Söhbət Vyaçeslav Kozlovdan (1182), Sergey Fedorovdan (1248), Sergey Qonçardan (1301), Aleksey Kovalevdən və Aleksandr Oveçkindən (1383) gedir.
Pittsburqun heyətində Drew O'Connor, Rayan Graves, Jake Guentzel, Lars Eller, Jeff Carter və Sidney Crosby fərqlənib. Bostonun heyətində Bred Marchand (iki dəfə), David Pastrnak, Morqan Geekie və Jake Debrusk qol vurdu.



Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər