Bütün xəbərlər
İndoneziyada iki sərnişin qatarı toqquşub
Tarix: 05-01-2024 11:16 | Bölmə: Digər

İndoneziyanın Qərbi Yava əyalətində iki qatarın toqquşması nəticəsində azı 3 nəfər ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Fövqəladə hadisə yanvarın 5-də səhər saatlarında ada əyalətinin üçüncü ən böyük şəhəri olan Bandunq yaxınlığında baş verib. Turanqqa sərnişin qatarı ilə Bandunq Raya şəhərətrafı qatarın toqquşmasına nəyin səbəb olduğu məlum deyil.
Zərbədən sonra üç vaqon relsdən çıxıb və yerlilər bunu partlayış kimi qiymətləndirib. Ümumilikdə qatarlarda 478 sərnişin (birincidə 287, ikincidə 191) sərnişin olub, 28 nəfər xəstəxanaya çatdırılıb, onlardan altısı orta dərəcəli xəsarət alıb.
Qurbanların dəqiq sayı məlum deyil: yerli nəşrlər üç nəfərin öldüyünü bildirir, dəmir yolu şirkətinin nümayəndəsi iddia edir ki, matəm siyahısında dörd nəfərin adı var, onların hamısı nəqliyyat şirkətinin işçiləridir.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər