Bütün xəbərlər
Polyak şahmat üzrə dünya çempionatında rusiyalı ilə əl sıxmaqdan imtina edib
Tarix: 03-01-2024 18:17 | Bölmə: Digər

Polşa şahmatçısı Yan-Kşiştof Duda Səmərqənddə keçirilən sürətli şahmat üzrə dünya çempionatında rusiyalı Denis Xismatullinlə əl sıxmaqdan imtina edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə ötən ilin sonunda baş verib, ancaq indi məlum olub.
Qarşıdurma başlamazdan əvvəl Xismətullin əlini rəqibinə uzatsa da, əlini sıxmayacağına işarə edib.
Oyun heç-heçə başa çatıb. Qrossmeysterlər hadisə ilə bağlı şərh verməyiblər. Qeyri-idman davranışına görə polyak diskvalifikasiya ilə hədələnib, lakin rusiyalı şikayətçi olmayıb.



Baxış sayı: 202


Bölməyə aid digər xəbərlər