Bütün xəbərlər
"Zenit" "Fluminense"nin kapitanının transferi üçün 5 milyon avro ödəyəcək
Tarix: 03-01-2024 17:47 | Bölmə: Digər

Braziliyanın "Fluminense" klubunun kapitanı və müdafiəçisi Nino Sankt-Peterburqun "Zenit" futbol klubuna keçməyə yaxındır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Çempionat.com”un məlumatına görə, “mavi-ağ-göylər” futbolçunun transferi üçün 5 milyon avro ödəyəcək. Braziliya klubu bonuslar şəklində daha bir milyon avro ala biləcək.
2020-ci ildə Nino "Fluminense" tərəfindən "Crisuma"-dan 1 milyon avroya alınıb. Transfermarkt hazırda mərkəz müdafiəçisini 11 milyon dəyərində qiymətləndirir.
26 yaşlı müdafiəçi bütün yarışlarda 239 oyunda iştirak edib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun Braziliya millisində də bir çıxışı var.




Baxış sayı: 194


Bölməyə aid digər xəbərlər