Bütün xəbərlər
İranın Kirman şəhərində baş verən partlayış nəticəsində 20 nəfər ölüb
Tarix: 03-01-2024 17:28 | Bölmə: Digər

İranın Kirman şəhərində baş verən partlayış nəticəsində azı 20 nəfər ölüb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fövqəladə vəziyyətin səbəbi hələlik məlum deyil.
İRNA xəbər agentliyi aydınlaşdırıb ki, partlayış İslam İnqilabı Keşikçiləri Korpusunun generalı və Əl-Qüds xüsusi təyinatlılarının komandanı Qasim Süleymaninin istirahət etdiyi qəbiristanlığa gedən yolda baş verib.
General Süleymaninin bölməsi İrandan kənarda xüsusi missiyalar həyata keçirib. Xüsusilə, Suriyada Bəşər Əsəd hökumətinə terrorçu qrupları məğlub etməyə kömək edib.
Süleymani 3 yanvar 2020-ci ildə Bağdad hava limanında Amerikanın hava hücumu nəticəsində öldürülüb.



Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər