Bütün xəbərlər
Səudiyyə Ərəbistanında keçirilən Türkiyə Superkubokunun oyunu ləğv edilib
Tarix: 29-12-2023 22:31 | Bölmə: Digər

Türkiyə Superkubokunun "Qalatasaray" - "Fənərbaxça" oyunu ləğv edilib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə hər iki futbol klubunun mətbuat xidməti məlumat yayıb.
Səudiyyə Ərəbistanında matçın təşkilatçıları Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün təsviri və yubiley şüarları olan köynəklərlə futbolçuların meydana daxil olmasını qadağan edib.
"Qalatasaray" və "Fənərbaxça" oyunu təxirə salmaq qərarına gəlib. Futbolçular İstanbula qayıdırlar. Qarşılaşma dekabrın 29-da baş tutmalı idi.



Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər