Bütün xəbərlər
Aleksey Mirançuk "Atalanta"dan "Torino"ya keçə bilər
Tarix: 28-12-2023 20:55 | Bölmə: Digər

"Torino" Aleksey Mirançuku geri qaytarmaq istəyir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Turin klubu rusiyalını "Atalanta"dan icarəyə götürməyi planlaşdırır.
"TuttoAtalanta"nın məlumatına görə, "Torino"nun baş məşqçisi İvan Yuriç rusiyalı yarımmüdafiəçinin transferində maraqlıdır. Mütəxəssis əmindir ki, Mirançuk komandasına hücum hərəkətlərini şaxələndirməyə kömək edəcək.
Bu mövsüm Aleksey "Atalanta"nın heyətində 12 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.



Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər