07:33 / 22-03-2026
60-dan çox insan həlak olub
Bütün xəbərlər
"An-24" təyyarəsinin Yakutiyada çaya enməsi ilə bağlı araşdırmaya başlayıb
Tarix: 28-12-2023 09:57 | Bölmə: Digər

Yakutiyada Rusiya Federasiyası İstintaq Komitəsinin Şərq Regionlararası Nəqliyyat İstintaq İdarəsinin müstəntiqləri Kolıma çayına enən "An-24" təyyarəsi ilə insidentin səbəblərini müəyyənləşdirirlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, dekabrın 28-də səhər saatlarında Yakutsk - Zıryanka - Srednekolımsk - Yakutsk reysi ilə uçan təyyarə eniş zamanı uçuş-enmə zolağından sağa çıxıb və Kolıma çayının qum çuxuruna düşüb.
Sərnişinlərdən və ekipaj üzvlərindən heç kim xəsarət almayıb.
İstintaq Komitəsi yol hərəkəti təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması faktları ilə bağlı araşdırma aparır, cinayət işinin başlanması məsələsi həll edilir.



Baxış sayı: 226


Bölməyə aid digər xəbərlər