Bütün xəbərlər
Leonid Slutski Çindən olan futbol komandasına rəhbərlik edəcək
Tarix: 27-12-2023 12:05 | Bölmə: Digər

Futbol üzrə Rusiya milli komandasının sabiq baş məşqçisi Leonid Slutski rəsmən Çinin “Şanxay Şenxua” klubunun baş məşqçisi vəzifəsinə təyin olunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Çin komandasının verdiyi məlumata görə, 52 yaşlı mütəxəssislə müqavilə 2024-cü il yanvarın 1-dən başlayacaq.
Bundan əvvəl mətbuat Oleq Yarovinski və Vasili Berezutskinin rusiyalı mütəxəssislə birlikdə Çinə gedəcəyini açıqlamışdı.
Bu vəzifədə Slutski klubun müqaviləsini yeniləməkdən imtina etdiyi Vu Jinguini əvəz etdi.
Məşqçinin son klubu 2019-cu ilin dekabrından 2022-ci ilin noyabrına kimi rəhbərlik etdiyi "Rubin Kazan" olub. Onun rəhbərliyi altında Tatarıstan Respublikası komandası bütün turnirlərdə 38 qələbə qazanıb, 36 məğlubiyyətlə üzləşib və 22 dəfə heç-heçə edib.
Slutski müxtəlif vaxtlarda "Moskva", "Krılya Sovetov", ÇSKA, "Hall Siti", "Vitess" və Rusiya millisində baş məşqçi kimi də çalışıb.



Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər