Bütün xəbərlər
"Dinamo"nun futbolçusu Lesovoy "Hayfa"dan "Makkabi"yə keçir
Tarix: 26-12-2023 09:40 | Bölmə: Digər

Moskva "Dinamo"sunun yarımmüdafiəçisi Daniil Lesovoy tezliklə Hayfadan "Makkabi"yə keçəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, söhbət futbolçunun icarədən yox, tam hüquqlu transferindən gedir.
Moskva "Dinamo"sunun yarımmüdafiəçisi Daniil Lesovoy tezliklə "Hayfa"dan "Makkabi"yə keçəcək. Söhbət futbolçunun icarədən yox, tam hüquqlu transferindən gedir.
Daniil Lesovoy "Makaabi" ilə müqavilə imzalayacaq. 25 yaşlı futbolçunun təxmini dəyəri 1,8 milyon avrodur.
"Çempionat.com"-un məlumatına görə, klublar Lesovoyla müqaviləni razılaşdırıblar. Bu mövsüm Daniil az oyun vaxtı alır. Rusiya çempionatının 8 oyununda o, cəmi 83 dəqiqə meydanda olub. Rusiya kuboku uğrunda oyunları nəzərə alsaq, Lesovoy 13 oyun keçirib və bir məhsuldar ötürmə verib.
Daniil Lesovoy Kiyev “Dinamo”sunun yetirməsidir. Gənclər səviyyəsində o, əvvəlcə Ukraynanı təmsil edib, lakin sonra Rusiya vətəndaşlığını alıb və Rusiyanın gənclər komandasının oyunçusu olub. Lesovoy "Dinamo"ya 2020-ci ildə Tulanın "Arsenal" klubundan gəlib.



Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər