Bütün xəbərlər
Sankt-Peterburqda tikinti hipermarketinin binasında baş verən yanğın söndürülüb
Tarix: 25-12-2023 12:20 | Bölmə: Digər


Sankt-Peterburqda Budyonnı prospektində Leroux Merlin hipermarketinin yerləşdiyi binada baş verən yanğın söndürülüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə bazar ertəsi səhər saatlarında baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın 50 kvadratmetr ərazini əhatə edib.Ölən və yaralanan olmayıb.
Yanğının söndürülməsinə 28 fövqəladə hallar xidmətinin mütəxəssisi və 6 texnika cəlb olunub. Fövqəladə hadisə yerində çalışan mütəxəssislər tərəfindən yanğının səbəbləri müəyyən edilir.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər