Bütün xəbərlər
İki əcnəbi Leninqrad vilayətindən Finlandiyaya qanunsuz daxil olmağa cəhd edib
Tarix: 22-12-2023 14:57 | Bölmə: Digər

Yaxın Şərq ölkələrindən birinin iki yerli sakini Leninqrad vilayətində Finlandiya ilə sərhədi qanunsuz keçməyə cəhd etdikləri üçün saxlanılıb, FSB-nin regional sərhəd idarəsi bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qeyd olunduğuna görə, sərhədçilər sərhəd pozucularını dövlət sərhədinə yaxın ərazidə yaxalayıblar.
Əcnəbilərin üzərində sənədlər, isti paltar olan bel çantaları, mobil telefonlar və pullar aşkar edilib.
Miqrantlara qarşı Cinayət Məcəlləsinin “Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçməyə cəhd” maddəsi ilə cinayət işi başlanıb.
Vıborq Şəhər Məhkəməsi hər iki qanunu pozan şəxsi həbsə göndərib.



Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər