Bütün xəbərlər
“Zenit” Qətərdə Bərabərlik Kubokunda çıxış edəcək
Tarix: 22-12-2023 14:50 | Bölmə: Digər

Rusiya futbol çempionu Sankt-Peterburqun “Zenit” komandası fevralda Qətərdəki dünya çempionatının stadionlarında keçiriləcək Bərabərlik Kubokunda iştirak edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Avropa, Asiya və Cənubi Amerikanın dörd klubunun iştirakı ilə beynəlxalq turnir 2024-cü il fevralın əvvəlində Qətərdə, ehtimal ki, 2022-ci il dünya çempionatı üçün tikilmiş arenalarda keçiriləcək.
Bərabərlik kubokunun ev sahibi komandası Qətərin “Əl-Duhail” klubu olacaq ki, onun qonaqları arasında məşhur Braziliya “Santos”, Çinin “Şanxay Şenxua” və Rusiya çempionu “Zenit” klubları var.
Turnir fevralın 1-də "Şanxay Şenxua" - "Əl-Duhail" matçı ilə açılacaq. “Zenit”in fevralın 5-də kubokun ev sahibləri, fevralın 8-də “Şanxay” və fevralın 13-də “Santos”la oynayacağı gözlənilir.



Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər