Bütün xəbərlər
Neymar "Copa America 2024"-ü buraxacaq
Tarix: 20-12-2023 11:40 | Bölmə: Digər

Braziliya millisinin hücumçusu Neymar 2024-cü ildə Amerika Kubokunda iştirak etməyəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə millinin həkimi Rodriqo Lasmar məlumat verib.
"Təəssüf ki, kifayət qədər vaxt yoxdur, lazımsız risklər götürməyin mənası yoxdur... Biz səbirli olmalıyıq.Doqquz aydan tez qayıtmaq barədə danışmağı tez hesab edirəm", - Reuters Lasmardan sitat gətirir.
Xatırladaq ki, Neymar daha əvvəl sol dizinin ön çarpaz bağı və menisküsü cırıldıqdan sonra əməliyyat olunub.
2024-cü ildə Amerika Kuboku ABŞ-da keçiriləcək. Turnir iyunun 20-dən iyulun 14-dək keçiriləcək.


Baxış sayı: 65


Bölməyə aid digər xəbərlər