Bütün xəbərlər
“Krasnodar”ın baş məşqçisi İviç Rusiya və İngiltərə stadionlarını müqayisə edib
Tarix: 19-12-2023 16:40 | Bölmə: Digər

Rusiyada futbol stadionları İngiltərədən yaxşıdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikirləri “Krasnodar”ın baş məşqçisi Vladimir İviç deyib.
HotSport İviçdən sitat gətirir: “Rusiyanın əla oyun şəraiti var... Rusiyadakı stadionlar İngiltərədəkindən daha yaxşı və müasirdir”.
Xatırladaq ki, serbiyalı mütəxəssis 2023-cü ilin yanvarından “Krasnodar”a rəhbərlik edir. Bu mövsüm "Bulls" 18 turdan sonra 38 xal toplayaraq Rusiya çempionatına başçılıq edir.


Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər