Bütün xəbərlər
Şimal dəniz yolu gəmilər üçün Qırmızı dənizə alternativ ola bilər
Tarix: 19-12-2023 10:23 | Bölmə: Digər

Şimal Dəniz Yolu Qırmızı dənizdə Yəmən husilərinin hücumları səbəbindən marşrutu dəyişən gəmilər üçün alternativ ola bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Korçunov RİA Novosti-yə deyib: “Bu, Qütb Məcəlləsinin tələblərinə və Rusiyanın Şimal Dəniz Marşrutu üzrə keçidin tənzimlənməsinin müvafiq sənədlərinin müddəalarına riayət olunmaqla, buna icazə verə bilər”.
Yəmən husiləri daha əvvəl Qırmızı dənizdə İsrailə gedən bütün gəmilərə hücum edəcəkləri barədə xəbərdarlıq etmişdilər. Gəminin və onun yükünün mülkiyyətinin əhəmiyyəti olmayacaq.
Qlobal konteyner daşımalarının təqribən 53%-ni təşkil edən dörd böyük gəmiçilik şirkəti hücumların artması səbəbindən Qırmızı dəniz vasitəsilə daşımaları dayandırmaq məcburiyyətində qalıb.
Pentaqon təhlükəsiz daşınmaların təmin edilməsi üçün Qırmızı dənizdə "Rifah gözətçisi" əməliyyatına başladığını açıqlayıb. Əməliyyatda ABŞ ilə birlikdə Böyük Britaniya, Bəhreyn, Kanada, Fransa, İtaliya, Hollandiya, Norveç, Seyşel adaları və İspaniya iştirak edəcək.


Baxış sayı: 67


Bölməyə aid digər xəbərlər