08:59 / 29-07-2025
Zəlzələ qeydə alınıb
08:50 / 29-07-2025
İki uşaq çayda batıb
Bütün xəbərlər
"Barselona" La Liqada "Valensiya"nı məğlub edə bilməyib
Tarix: 17-12-2023 12:25 | Bölmə: Digər

"Barselona" futbol klubu İspaniya çempionatında səfərdə "Valensiya" üzərində qələbəni əldən verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Valensiya Mestalyada baş tutan görüşdə rəqiblər qol mübadiləsi aparıb.
55-ci dəqiqədə Joao Feliksin topu yarasaların qapısına göndərməsi ilə "Barselona" futbolçuları hesabı açıblar. Kataloniyalıların qol vurmasından 15 dəqiqə sonra meydan sahibləri təsirli cavab verib. Bunu 70-ci dəqiqədə Hüqo Quillamon bacarıb.
Beləliklə, görüş 1:1 hesabı ilə başa çatıb.
"Barselona" 35 xal toplayaraq La Liqa cədvəlində üçüncü pilləyə yüksəlib. Amma 20 xalı olan “Valensiya” 10-cu pillədə qərarlaşıb. Ardıcıl beş matçda qalib gəlmir.



Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər