22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Həştərxan yaxınlığında çayda iki qayıq toqquşub, bir nəfər ölüb
Tarix: 12-12-2023 12:32 | Bölmə: Digər

Həştərxan vilayətində iki kiçik qayığın toqquşması nəticəsində bir nəfərin ölümü ilə nəticələnən faktlar araşdırılır, cinayət işi başlanıb, İstintaq Komitəsinin Qərb Regionlararası İstintaq İdarəsi məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə dekabrın 11-də axşam saatlarında Kamızyak rayonunun Stanya kəndi yaxınlığındakı Kulaqinski çayında baş verib. Hadisə nəticəsində 41 yaşlı kişi dünyasını dəyişib.
İstintaqçılar “Yol hərəkəti və daxili su nəqliyyatının istismarı qaydalarını pozma” maddəsi ilə cinayət işi açıblar. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.



Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər