22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Türkiyədə baş tutacaq bütün oyunlar hakimin döyülməsi səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb
Tarix: 12-12-2023 12:28 | Bölmə: Digər

Türkiyə Futbol Federasiyası (TFF) rəsmi açıqlama yayaraq, "Ankaragücü" - "Rizəspor" oyununda hakimin döyülməsi səbəbindən bütün liqalarda keçiriləcək matçların qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyə çempionatının 15-ci turunun oyunundan dərhal sonra baş verib. "Ankaragücü" prezidenti Faruk Koca meydançaya qaçaraq hakim Halil Umut Melerin üzünə zərbə endirib.
Bundan sonra hakim qazona yıxılıb və naməlum şəxslər tərəfindən üzünə bir neçə dəfə təpik zərbəsi enib.Hakim ayağa qalxıb meydanı təkbaşına tərk edə bilsə də, sonradan xəstəxanaya aparılıb.
TFF-dən verilən açıqlamada "FİFA lisenziyalı matç hakiminə edilən qeyri-insani və qorxaqcasına hücumu şiddətlə qınayırıq. Onun səhhətini izləyirik və tezliklə sağalmasını diləyirik.
Bu iyrənc hücum təkcə hakimə qarşı deyil, Türkiyə futbolunun bütün iştirakçılarına qarşı edilib. Direktorlar şurasının qərarı ilə bütün liqalarda matçlar qeyri-müəyyən müddətə təxirə salınıb”.


Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər