Bütün xəbərlər
Gimnaziyada baş verən atışmadan sonra direktor müavini saxlanılıb
Tarix: 09-12-2023 14:13 | Bölmə: Digər

Bu yaxınlarda 5 saylı gimnaziyada atışma baş verən Bryanskda təhsil müəssisəsinin əməkdaşlarına qarşı səhlənkarlıq maddəsi ilə cinayət işi açılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rayon prokurorluğundan verilən məlumata görə, fövqəladə hadisə baş verən gün gimnaziyanın girişindən metal detektoru çıxarılıb. Nəticədə səkkizinci sinif şagirdi sakitcə bıçaq və pompalı ov tüfəngini kağız boruda məktəbə aparıb.
Gimnaziyanın vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin səhlənkarlıq maddəsinin 3-cü hissəsi ilə cinayət işi açılıb. Maddənin maksimum sanksiyası yeddi il həbsdir. RİA Novosti-nin məlumatına görə, cinayət işi çərçivəsində 5 saylı gimnaziyanın direktor müavini Larisa Katolikova saxlanılıb.
Bryansk gimnaziyasında fövqəladə hadisə ötən cümə axşamı baş verib. 14 yaşlı qız atasının gətirdiyi silahdan atəş açıb. İki nəfər ölüb - atəş açan, özünü öldürən 8-ci sinif şagirdi və yarası ölümcül olan sinif yoldaşı. Beş nəfər yaralanıb.



Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər