Bütün xəbərlər
Kolorado klubunun qapıçısı Georgiyev komanda yoldaşını vurub
Tarix: 08-12-2023 13:08 | Bölmə: Digər

"Kolorado Evenanş" Milli Xokkey Liqasının adi mövsüm matçında "Vinnipeq Djets"-dən evdə 2:4 hesabı ilə məğlub oldu.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Evelanş”ın qapıçısı Aleksandr Georgiyev 24 zərbəni dəf etsə də, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Üstəlik, rusiyalı qolkiper əsəblərini də boşaldıb. Buraxılan üçüncü qoldan sonra Aleksandr Georgiyev çubuqla öz müdafiəçisi Sem Malinskini vurdu.
Yalnız dördüncü NHL oyununu oynayan 25 yaşlı Malinski Georgiyevin baxışını kəsdi və Aleksandr mavi xəttdən vurduğu zərbəni qaçırdı. Əsəbiləşən qapıçı çubuğu ilə komanda yoldaşının ayağına zərbə endirib.
Amma oyundan sonra Aleksandr Georgiyev səhv etdiyini etiraf edib və Malinskidən üzr istəyib. "Bu mənim günahımdır. Özümü idarə etməliyəm. Semdən və bütün komandadan üzr istəyirəm", - "Kolorado"nun mətbuat xidməti Georgievdən sitat gətirib.



Baxış sayı: 206


Bölməyə aid digər xəbərlər