Bütün xəbərlər
Bryansk məktəbində atışma olub, ölənlər və yaralananlar var
Tarix: 07-12-2023 11:46 | Bölmə: Digər

Bryanskda gimnaziyada, ilkin məlumatlara görə, səkkizinci sinif şagirdi tərəfindən açılan atışma nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Bejitski rayonundakı 5 saylı gimnaziyada insident yerli vaxtla səhər saat 10 radələrində baş verib. RİA Novosti-nin şəhər administrasiyasına istinadən verdiyi məlumata görə, səkkizinci sinif şagirdi məktəbə silah - ehtimal ki, tapança gətirib və atəş açıb.
İlkin məlumata görə, ölən iki nəfər arasında özünü atan tələbə də var. Məktəblilər təhsil müəssisəsinin binasından çıxarılaraq evlərinə yola salınıblar. Hadisə yerində təhlükəsizlik qüvvələri və fövqəladə hallar xidməti fəaliyyət göstərir.



Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər