Bütün xəbərlər
Maquayre Premyer Liqada noyabr ayının ən yaxşı oyunçusu seçilib
Tarix: 06-12-2023 23:41 | Bölmə: Digər

"Mançester Yunayted"in mərkəz müdafiəçisi Harri Maquayr noyabrda İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi mükafat uğrunda mübarizədə Rahim Sterlinq (Çelsi), Ceremi Doku (Mançester Siti), Entoni Qordon (Nyukasl), Markus Tavernier (Bornmut) və Tomas Kaminskini (Luton) geridə qoyub.
Payızın son ayında Harri üç Premyer Liqa oyununda iştirak edib - "Fulhem" (1:0), "Luton" (1:0) və "Everton"la (3:0). Bütün bu qarşılaşmalarda “qırmızı şeytanlar” qapısından bir qol belə keçirməyib.



Baxış sayı: 176


Bölməyə aid digər xəbərlər