Bütün xəbərlər
Rusiyalı qanun oğru İstanbulda saxlanılıb
Tarix: 03-12-2023 10:43 | Bölmə: Digər


İstanbulun şimalında rusiyalı qanun oğru Şamil Əmirov xüsusi əməliyyat zamanı saxlanılıb, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dələduzluqda təqsirli bilinərək İnterpol tərəfindən axtarışa verilən Rusiya mütəşəkkil cinayətkar qrupunun üzvü son illər yaşadığı Sarıyer rayonunda əli qandallanıb.
Qeyd edildiyi kimi, Əmirovun əleyhinə “mavi bülleten” verilib. Onun istintaqdan nə qədər gizləndiyi, kriminal aləmdəki “izi” və ləqəbi də məlum deyil. Onun hansı ölkəyə deportasiya ediləcəyi açıqlanmır.



Baxış sayı: 75


Bölməyə aid digər xəbərlər