10:25 / 25-10-2026
Peskov bildirib ki, Trampın Moskvaya səfəri hazırda müzakirə mövzusu deyil
10:23 / 25-10-2026
Britaniyaya müharibəyə hazırlaşmaq üçün 1000 gün vaxt verildi
10:19 / 25-10-2026
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
10:15 / 25-10-2026
Moldova Ukrayna ilə hərbi-texniki əməkdaşlıq müqaviləsi imzalayacaq
10:13 / 25-10-2026
Fransada sosial media xidmətləri etirazlar səbəbindən dayandırıla bilər
09:55 / 25-10-2026
BƏƏ-də OBS Qlobal ikinci günü
09:57 / 24-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
23:36 / 22-10-2026
Parçalanmış coğrafiyadan milli suverenliyə
23:27 / 22-10-2026
Qaz balonu partladıqdan sonra avtomobil alovlanıb
23:25 / 22-10-2026
Dəmir yolu işçisi şəhərətrafı qatar yanğınına görə mühakimə olunacaq
23:22 / 22-10-2026
Putin Rusiyada teatrın canlı olduğunu bəyan etdi
23:18 / 22-10-2026
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
23:15 / 22-10-2026
Tramp İranı neft qiymətlərini qaldırmaqda günahlandırır
23:12 / 22-10-2026
Trampın Maskla danışığından sonra Ukraynada Starlink xidməti yaxşılaşıb
23:08 / 22-10-2026
Putin Ukraynada yarım milyondan çox fərari olduğunu bildirdi
22:59 / 22-10-2026
Britaniyada Pokémon kart kolleksiyası 1,5 milyon funt sterlinqə satıldı
16:48 / 22-10-2026
Paşinyan Ermənistanın AİB-dən çıxarıla bilməyəcəyini bildirdi
16:42 / 22-10-2026
Rusiya və Ukrayna ölənlərin cəsədlərini mübadilə etdilər
16:38 / 22-10-2026
Fransa Şamond virusundan ilk insan ölümü barədə məlumat verib
16:34 / 22-10-2026
Ukrayna Rusiyanın yeni "Filin" raketi ilə bağlı həyəcan təbili çaldı
16:25 / 22-10-2026
Meşədə bir kişini parçalayan ayı öldürülüb
16:19 / 22-10-2026
Peskov, Putinin ABŞ və Ukrayna ilə görüş üçün hələ iştirakçıları seçmədiyini açıqladı
16:14 / 22-10-2026
Peskov Putin-Vitkov razılaşmalarının müzakirəsinin təhlükələri barədə xəbərdarlıq etdi
16:03 / 22-10-2026
Peskov: "Avropa, ABŞ-dan fərqli olaraq, Ukraynadakı münaqişənin həlli üçün heç nə etmir"
15:59 / 22-10-2026
Münaqişə zamanı tanışını öldürüb
15:55 / 22-10-2026
Lukaşenko bildirib ki, insan həmişə müharibəyə hazır olmalıdır
15:52 / 22-10-2026
Rusiya Polşanı hərbi təxribat hazırlamaqda şübhəli bilir
15:47 / 22-10-2026
Fransada yaxın gələcəkdə həmkarlar ittifaqı nümayişlərindən başqa etirazlar qadağan ediləcək
15:40 / 22-10-2026
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
15:36 / 22-10-2026
Jurnalist terror aktlarına çağırış etməkdə təqsirli bilinib
15:25 / 22-10-2026
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
15:12 / 22-10-2026
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
20:56 / 21-10-2026
Qayıqla gəzinti zamanı uşağın ölümünə görə cəza alıb
20:52 / 21-10-2026
Mağazanın mühafizəçisi müştərinin ölümcül döyülməsi ilə bağlı həbs edilib
20:49 / 21-10-2026
İsveç Rusiyalı xizəkçilərə viza verməkdən imtina etmək istəyir
20:35 / 21-10-2026
Kreml Ukraynadakı sülh prosesində iki yeni iştirakçı təyin edib
20:32 / 21-10-2026
Bir qız iki yanacaqdoldurma məntəqəsini yandırdı
20:26 / 21-10-2026
Məktəbli qıza hücum edən həbs edilib
20:22 / 21-10-2026
Peskov bildirib ki, Avropa Ukrayna danışıqlarına kömək etməyəcək
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yekun iclası keçirilib
Tarix: 25-01-2022 23:42 | Bölmə: Digər
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının “2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr” mövzusunda iclası keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosundan verilən məlumata görə, muxtar respublikada idmanın inkişafı istiqamətində aparılan dövlət siyasətinin uğurlarından danışan Güləş Federasiyasının sədri Azər Zeynalov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə yaradılan idman federasiyaları, eləcə də yeni tikilən və ya əsaslı təmir olunan idman obyektləri idmanın inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir. İdmanın inkişafına göstərilən dövlət qayğısının davamlılığını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib.
Qeyd olunub ki, muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarından biri də Güləş Federasiyasıdır. 20 il bundan əvvəl – 2002-ci ildə yaradılan Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası tərəfindən ötən müddət ərzində güləş idman növlərini inkişaf etdirmək, kütləviliyə nail olmaq sahəsində bir sıra işlər görülüb. Federasiyada yunan-Roma, sərbəst güləş, cüdo və sambo idman növləri üzrə bölmələr yaradılıb və bu bölmələrdə, ümumilikdə, 66 qrupda 1247 idmançı güləş idman növləri üzrə məşğələlərdə iştirak edir.
Azər Zeynalov vurğulayıb ki, 2021-ci ildə federasiya tərəfindən şəhər və rayon birincilikləri təşkil olunub, idmançılar 1 muxtar respublika turnirində və 25 şəhər və rayon birinciliklərində, yoldaşlıq görüşlərində iştirak edib, yarışların qaliblərinə diplom və hədiyyələr verilib. Bundan əlavə, federasiya idmançılarının şəhər və rayonlarda olan muzeylərə, tarixi abidələrə ekskursiyaları ötən ildə də davam etdirilib.
Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov 2021-ci ildə görülən işlər və keçirilən yarışlar barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı isə çıxışında vurğulayıb ki, Ali Məclis Sədrinin rəhbərliyi ilə muxtar respublikada idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir. Naxçıvan idmanının maddi-texniki imkanları sayəsində yeniyetmə və gənclərin bu sahəyə marağı günü-gündən artmaqdadır. Nazirlik idmanın inkişafı və təbliğinə nail olmaq üçün muxtar respublikanın bütün idman federasiyaları ilə qarşılıqlı fəaliyyət göstərir və bu sahədə dövlət siyasətini həyata keçirir. Nazirlik muxtar respublikada 2002-ci ildə yaradılan Güləş Federasiyası ilə birgə idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirib.
Sonra gündəlikdə duran məsələlərlə bağlı qərar layihəsi qəbul edilib.
Güləş Federasiyasının sədri Azər Zeynalov 2022-ci ildə görüləcək işlərlə bağlı tapşırıqlar verib. Bildirilib ki, federasiyanın 2022-ci il üçün “Tədbirlər Planı”nda nəzərdə tutulan tədbirlərin icrası vaxtında təmin edilməlidir. İdmançıların ölkə və beynəlxalq yarışlara hazırlıq səviyyəsi artırılmalı, güləşin bütün növləri üzrə yarışların keçirilməsi diqqətdə saxlanılmalıdır. Vətən müharibəsi şəhidlərinin doğum günlərində onların xatirəsinə həsr olunmuş idman tədbirləri keçirilməli, Azərbaycan Respublikasının milli və dövlət bayramları ilə əlaqədar idman tədbirlərinin keçirilməsi və idmançıların vətənpərvərlik ruhunda yetişdirilməsi diqqətdə saxlanılmalıdır. Federasiyanın yaradılmasının 20 illiyi ilə əlaqədar müxtəlif çəki və yaş kateqoriyalarında muxtar respublika birincilikləri, həmçinin şəhər, rayon birincilikləri və muxtar respublika turnirləri keçirilməlidir. Tanınmış məşqçilərin muxtar respublikaya dəvət edilməsi, burada seminar və məşğələlər keçirmələri bu ildə də davam etdirilməlidir. Güləş hakimlərinin yetişdirmə kursları təşkil edilməli, məşqçilərin Olimpiya İdman komplekslərində toplanışları keçirilməlidir. Muxtar respublikada daxili yarışların keçirilməsi təmin edilməli, güləş idman növlərinin şəhər və rayonlarda kütləviliyinə və inkişafına nail olunmalıdır. Naxçıvan Dövlət Universitetində Məşqçilik ixtisası üzrə təhsil alan tələbələrin güləş məşqlərinə, keçirilən idman tədbirlərinə cəlb olunmaları təşkil edilməlidir. Federasiyanın bölmələri fəaliyyətini gücləndirməli, gənclərin bölmələrə cəlbi, eləcə də bölmələrarası güləş yarışlarının keçirilməsi təmin edilməli, rəqabət mühiti formalaşdırılmalıdır. Yarışlarda yüksək nailiyyətlər əldə edən idmançılar həvəsləndirilməlidir. İstedadlı gənclərin məlumat bankının yaradılması və hər yarışdan sonra yenilənməsi təmin edilməlidir.
Çıxışının sonunda Azər Zeynalov muxtar respublikada idmanın, idmançıların hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğıya görə federasiya adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirib, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası üzvlərinə 2022-ci ildə muxtar respublikada güləş idman növlərinin inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrin icrasında uğurlar arzulayıb.
Baxış sayı: 427
Bölməyə aid digər xəbərlər