15:43 / 27-10-2026
Kreml: Putin, Stubb və Störe Vitkoffla görüşlərini müzakirə etdilər
15:36 / 27-10-2026
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
15:19 / 27-10-2026
Hollandiya genişmiqyaslı hərbi münaqişəyə hazırlıq çağırışı edib
15:16 / 27-10-2026
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
15:13 / 27-10-2026
Bir sürücü təqibə rəhbərlik edərək polis əməkdaşlarına avtomatik silahla atəş açmaqla hədələyib
15:09 / 27-10-2026
Danimarka Stubb və Störenin Putinə zənglərini Avropa müttəfiqləri ilə əlaqələndirmədiyini bildirdi
09:16 / 27-10-2026
Fransa Senatları Korsikaya muxtariyyət statusu verilməsindən imtina etdi
09:13 / 27-10-2026
Ombudsman İvanovskaya: "Ukrayna tibb müəssisələri rusdilli xəstələri müalicə etməkdən imtina edir"
09:10 / 27-10-2026
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
09:07 / 27-10-2026
Kallas Ukraynada sərt qış olacağı barədə xəbərdarlıq etdi
09:04 / 27-10-2026
Yapon milyarderin oğlu sirli şəraitdə öldü
23:46 / 26-10-2026
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
23:41 / 26-10-2026
İran Ukraynanın qonşu ölkələrdə dronlar yerləşdirdiyini açıqladı
23:39 / 26-10-2026
Silahlı dava baş verib: bir nəfər ölüb, digəri yaralanıb
21:45 / 26-10-2026
Evli cütlük tanışını meşəyə aparıb öldürdüyünə görə həbs edilib
21:42 / 26-10-2026
İran Prezidenti 8-ci GECF zirvə toplantısı üçün Moskvaya yola düşüb
21:39 / 26-10-2026
Uşakov Putinin Afrika liderləri ilə görüş cədvəlini açıqladı
21:36 / 26-10-2026
Tarix Muzeyi qayda pozuntularına görə 50.000 rubl cərimə edilib
21:34 / 26-10-2026
Pentaqon Zelenskinin "Patriot" raketlərinin çatdırılmasında gecikmələrlə bağlı şikayətlərinə cavab verib
21:31 / 26-10-2026
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
21:27 / 26-10-2026
Tehranda bir restoran reklamı Netanyahunun ləqəbinə bənzərliyi səbəbindən qəzəbə səbəb olub
21:19 / 26-10-2026
Səudiyyə Ərəbistanı 2027-ci ildən etibarən Sinqapur çənlərində neft saxlamağa başlayacaq
21:16 / 26-10-2026
Rusiya Voleybol Komandası 2027-ci il Dünya Çempionatında qrup mərhələsi rəqiblərini öyrənir
21:12 / 26-10-2026
Slutski Avropa Birliyini Serbiya seçkilərinə müdaxilə etməkdə günahlandırdı
21:08 / 26-10-2026
Ukrayna məhkəməsi Yuliya Timoşenkonun girov məbləğini kəskin şəkildə azaldıb
21:04 / 26-10-2026
Rusiyada saxlanılan yapon jurnalistin səhhəti yaxşıdır
21:00 / 26-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
20:56 / 26-10-2026
Britaniyalılar hökumətin müharibə elanlarından sonra radio və fənər alırlar
20:54 / 26-10-2026
Kalaşnikov: "Bəzi Avropa ölkələrinin Rusiyadan təcrid olunmaq istəyi "erməni sindromu"dur".
20:50 / 26-10-2026
16 mindən çox müştəri elektriksiz qalıb
20:48 / 26-10-2026
Karpin Rusiya Milli Komandasının noyabr oyunları üçün Batrakov və Safonovu çağırıb
09:22 / 26-10-2026
Ərəb Koalisiyası husi anbarlarına və buraxılış qurğularına zərbə endirdiyini bildirib
09:19 / 26-10-2026
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
09:16 / 26-10-2026
Orban BMT Baş Katibi vəzifəsinə namizəd olmağa çağırılır
09:13 / 26-10-2026
Yük qatarının relsdən çıxmasından sonra baş verən yanğın söndürülüb
09:11 / 26-10-2026
Keçmiş futbolçu kremasiya edildi
“Mahir lazımsız verilişlərə qonaq olur” - Atası
Tarix: 17-01-2022 13:11 | Bölmə: Digər
Azərbaycan millisinin və “Legiya”nın futbolçusu Mahir Emrelinin atası, tanınmış prodüser Anar Mədətov “Futbol+”a müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, o, müsahibəsində oğlunun son zamanlar şou verilişlərində qonaq olmasından, “Legiya” ilə yaşadığı problemlərdən söz açıb:
“Mən oğlumun yerində olsaydım, bir Mədətov kimi özümü sübut etməyə çalışardım. İndi Mahirdən çoxları xaricdə ölkəmizi layiqincə təmsil etməyi tələb edir. Rusların bir sözü var: “çətin vaxtlarda sınmaq lazım deyil”. 1941-45-ci illərdə Stalinin sözünə görə ölümə gedənlər var idi. İndi elə olmaq lazımdı. Qorxub qaçmaq lazım deyil. Fikrimcə, Mahir nədənsə qorxub, qaça bilməz. Sadəcə, onu kimsə yönəldir. Amma başa düşmür ki, bu, düz deyil. Sadəcə, deyirəm ki, Polşaya gedib, özünü sübut etməlidir. Təmiz azərbaycanlısansa, damarlarında bizim xalqın qanı axırsa, özünü sübut etməlisən. Çünki biz elə millətik ki, dünyanın harasına getsək də, sübut edəcəyik ki, azərbaycanlıyıq. Mahirlə danışmamışam. Yalandan niyə deyim? Həmişə biz öz böyüklərimizlə əlaqə saxlamışıq. Amma bilmirəm, onunla kim maraqlanır, nə edir? Mən nə istəyərəm? Mahir uğur qazansın. Yaxşı futbolçu olsun. Bizim aramız yaxşı olanda mən Mahiri elə reklam etmirdim. Heç məsləhət də görmürdüm. İndi son vaxtlar görürsüz də nələr baş verir. Yemək proqramına gedir, lazımsız maqazin verilişlərində qonaq olur.
.jpg)
Sizə bir maraqlı məlumat verim. Vaxtilə Mahir qollar vuranda mən bu verilişləri aparanlardan xahiş etmişəm ki, dəstək olsunlar. Hansı ki, “Qarabağ”da çıxış edirdi. “97” nömrəli formanı geyirdi. Əvvəlcə Mahir idi, sonra Mədətov yazılan formadan istifadə edirdi. Onda mən bu insanlara qolun videosunu göndərirdim ki, zəhmət olmasa, paylaşın. Amma heç kim dəstək olmurdu. İndi populyar olandan sonra qonaq çağırırlar. Elə fəxrlə adını çəkirlər. Həmin adamlar mənim Bodrumdakı evimdə qonaq olub, sağlığıma tost deyirdilər. İndi heç biri xatırlamır? Mən istəmirdim onsuz da oğlum o qədər reklam olsun. Amma həmin adamlar indi verlişlərə çağırırlar. Bilirsiz, niyə? Çünki Mahir reytinq gətirir. Onlar oğlumu yox, öz verilişlərini düşünürlər. İndi Mahir 6 ay futbolsuz qalacaq, ya qalmayacaq - heç kimin vecinə deyil”.
.jpg)
A. Mədətov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “mən “Legiya” ilə bağlı məsələdə məsləhət verib, Mahirin fikrini qarışdırmaq istəmirəm” açıqlamasında şərh verib: “Sizə bir şey danışmaq istəyirəm. Bir dəfə mənə zəng elədilər ki, “Qalatasaray” Mahiri transfer edib. Dedim ki, xəbərim yoxdu. Açığı, mən istəmərəm Mahir Türkiyə klubunda oynasın. Çünki bilirəm ki, axırda ehtiyat oyunçular skamyasında oturacaq. Onsuz da Azərbaycan futbolu tarixində heç bir oyunçumuz Türkiyədə parlaq oyun nümayiş etdirə bilməyib. Nə isə! Qayıdım mövzuya. Həmin vaxt jurnalistlər mənə zəng etmişdilər. Dedim ki, xəbərim yoxdu, məşqçisindən soruşun. O daha yaxşı bilər. Həmin vaxt çalışdırıcısı bildirmişdi ki, onun atasından soruşun. Çünki şou-biznes nümayəndəsidi. O, belə şeyləri daha yaxşı bilər. Amma mən əvvəlcədən demişdim ki, xəbərim yoxdu. İndi mən sual vermək istəyirəm. Məşqçinin başı nə qədər qarışıqdı ki, vaxtilə ən sevimli futbolçusu olan Mahirə məsləhət verə bilmir? Mənim müğənnilərimin, sənətçilərimin başına belə şey gəlsə, belə deyəcəm? Amma indi Mahirə əsasən “Bakı”dakı məşqçiləri dəstək olur. Türkiyədən Yüksəl hoca zəng vurmuşdu, soruşurlar, maraqlanırlar. İndi nə oldu ki, məsləhət verə bilmirlər? İdmanda elə murdar adamlar var ki, heç şou-biznes aləmində belə insanlar yoxdu”.
Baxış sayı: 411
Bölməyə aid digər xəbərlər