12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
“Betis” - “Sevilya” matçı yarımçıq dayandırıldı
Tarix: 16-01-2022 18:17 | Bölmə: Digər

                  “Betis” - “Sevilya” matçı yarımçıq dayandırıldı



İspaniya kubokunun 1/8 finalında keçirilən “Betis” - “Sevilya” matçı yarımçıq dayandırılıb.
“Qafqazinfo” xəbər verir ki, ilk hissənin sonlarında - hesab 1:1 olduğu vaxt “Betis” azarkeşləri meydana kənar əşyalar atıblar.
Nəticədə qonaq komandanın yarımmüdafiəçisi Joan Jordan başından xəsarət alıb. Hakim dərhal futbolçuları meydandan çıxarıb və oyunu davam etdirməyib. Qarşılaşmanın yenidən keçiriləcəyi və ya meydan sahiblərinə texniki məğlubiyyət veriləcəyi barədə məlumat yoxdur. .
Qeyd edək ki, 1/8  final mərhələsi bir oyundan ibarətdir.



Baxış sayı: 266


Bölməyə aid digər xəbərlər