Bütün xəbərlər
Sumqayıtda Peşə Təhsil Mərkəzinin tələbələri arasında “Mövzu – Qarabağ” adlı “Nə? Harada? Nə zaman?” formatında bilik yarışı keçirildi
Tarix: 14-01-2022 23:48 | Bölmə: Digər


Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Sumqayıt Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə 14 yanvar 2022-ci il tarixində mövcud pandemiya qaydalarına uyğun olaraq Sumqayıt Kimya Sənaye Parkında “Mövzu – Qarabağ” adlı “Nə? Harada? Nə zaman?” formatında bilik yarışı keçirilmişdir. Bilik yarışında ümumilikdə səkkiz komanda öz bilik və bacarıqlarını sınamışdır.
Yarış “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na müvafiq keçirilmişdir. Məqsəd peşə təhsil müəssisələri tələbələrinin ictimai həyatda fəal iştirakının artırılması, asudə vaxtlarının səmərəli təşkili, gənclər arasında sağlam elmi rəqabət mühitinin yaradılması, onları ölkənin milli-mədəni irsi və tarixi haqqında maarifləndirməkdir.
Yekun nəticələrə uyğun olaraq “Qarabağ”, “Dəmir Yumruq”, “Mübariz” komandaları müvafiq olaraq I, II, III yerlərə layiq görülmüşlər.
Sonda qalib komandalar Baş İdarənin və Peşə məktəbinin fəxri fərman, medal və hədiyyələri ilə təltif edilmişlər.

Sabaha-inamla.az







Baxış sayı: 208


Bölməyə aid digər xəbərlər