12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Qubanın ən yaşlı sakininin 100 yaşı tamam oldu
Tarix: 03-01-2022 21:18 | Bölmə: Digər


Yanvarın 3-də Quba rayon sakini Əhmədova Fatma İbad qızının 100 yaşı tamam olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fatma Əhmədova Qubanın ən yaşlı sakinidir. Yüz yaşı tamam olan F.Əhmədova 1922-ci il yanvarın 3-də Quba rayonunun Növdün kəndində doğulub.
Fatma Əhmədovanı yubiley münasibətilə doğmaları ilə yanaşı, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də təbrik edib. Yubilyara doğum günü və Yeni il bayramı münasibətilə xatirə hədiyyələri təqdim olunub.
Şimal bölgəsində yaşı yüzü keçən 4 nəfər var. Onlardan ikisi, Siyəzən, biri Şabran, biri də Quba sakinidir.




Baxış sayı: 343


Bölməyə aid digər xəbərlər