Bütün xəbərlər
Məmmədyarov Karlsenə qalib gəldi
Tarix: 30-12-2021 01:38 | Bölmə: Digər
   

Polşanın paytaxtı Varşavada şahmatın blits növü üzrə dünya çempionatına start verilib.
Modern.az xəbər verir ki, yarışda Azərbaycanı ümumilikdə 12 qrossmeyster təmsil edir.
Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Xəzər Babazadə qüvvəsini sınayır.
Məmmədyarov IX turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Ağ fiqurlarla oynayan 36 yaşlı qrossmeyster 36-cı gedişdə rəqibini məğlub edib.
Qadınlardan isə dünya çempionatında Zeynəb Məmmədyarova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova və Türkan Məmmədyarova mübarizə aparır.



Baxış sayı: 242


Bölməyə aid digər xəbərlər