Bütün xəbərlər
MMA döyüşçüsünün meyitinin qalıqları 19 ay sonra tapıldı
Tarix: 30-12-2021 01:16 | Bölmə: Digər

                    MMA döyüşçüsünün meyitinin qalıqları 19 ay sonra tapıldı


ABŞ-da 2020-ci ilin martında itkin düşən MMA döyüşçüsü David Koeniqin cəsədi tapılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, idmançının cəsədinin qalıqlarını meşədə maral buynuzlarını axtaran bir adam aşkarlayıb.
Məhkəmə tibbi ekspertizasından sonra müəyyən olunub ki, həmin cəsəd D.Koeniqə aiddir.
Axtarış zamanı idmançının digər əşyaları da üzə çıxıb.
"Məhkəmə ekspertizasının qalıqlar üzərində apardığı müayinəsi nəticəsində müəyyən edilib ki, idmançı heç bir travma almayıb və ölümün kobud hadisə nəticəsində baş vermədiyi görünür", - polis idarəsinin mətbuat xidmətindən bildirilib.


Baxış sayı: 235


Bölməyə aid digər xəbərlər