22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Voleybol Federasiyasında yeni baş katib
Tarix: 24-12-2021 20:45 | Bölmə: Digər

                 Voleybol Federasiyasında yeni baş katib


Azərbaycan Voleybol Federasiyasına yeni baş katib təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, federasiya prezidenti Cavid Qurbanovun və AVF İdarə Heyətinin qərarı ilə bu gün Fərid Xəlilov qurumun baş katibi təyin edilib.
Fərid Xəlilov 2019-2021-ci illərdə “Azərreyl” klubunun prezidenti vəzifəsini icra edib.
Qeyd edək ki, F. Xəlilovdan öncə AVF baş katibi vəzifəsini icra edən Cəlil Cəfərov son hesabat-seçki konfransında vitse-prezident seçilib.


Baxış sayı: 291


Bölməyə aid digər xəbərlər