22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Gömrükçü idmançı dünya rekorduna imza atıb
Tarix: 24-12-2021 03:41 | Bölmə: Digər
image description

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Pauerliftinq" idman növü üzrə dünya çempionatında Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin əməkdaşı Ramin Süleymanzadə dünya rekordunu təzələyərək qızıl medal qazanıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Sabaha-inamla.az-a verilən məlumata görə 60 kq çəkidə yarışlarda iştirak edən Ramin Süleymanzadə "Pauerliftinq" idman növünün "Squat" hərəkətində 160 kq, "Benchpress" hərəkətində 116 kq və "Deadlift" hərəkətində 206 kq qaldıraraq yeni dünya rekorduna imza atıb. Həmçinin, idmançı 3 hərəkətin cəmində 482 kq toplayaraq yeni dünya rekorduna adını yazdırıb.
Xatırladaq ki, Ramin Süleymanzadə Vətən müharibəsinin iştirakçısıdır.



image description
image description
image description
image description
image description
image description
image description


Baxış sayı: 311


Bölməyə aid digər xəbərlər