15:43 / 27-10-2026
Kreml: Putin, Stubb və Störe Vitkoffla görüşlərini müzakirə etdilər
15:36 / 27-10-2026
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
15:19 / 27-10-2026
Hollandiya genişmiqyaslı hərbi münaqişəyə hazırlıq çağırışı edib
15:16 / 27-10-2026
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
15:13 / 27-10-2026
Bir sürücü təqibə rəhbərlik edərək polis əməkdaşlarına avtomatik silahla atəş açmaqla hədələyib
15:09 / 27-10-2026
Danimarka Stubb və Störenin Putinə zənglərini Avropa müttəfiqləri ilə əlaqələndirmədiyini bildirdi
09:16 / 27-10-2026
Fransa Senatları Korsikaya muxtariyyət statusu verilməsindən imtina etdi
09:13 / 27-10-2026
Ombudsman İvanovskaya: "Ukrayna tibb müəssisələri rusdilli xəstələri müalicə etməkdən imtina edir"
09:10 / 27-10-2026
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
09:07 / 27-10-2026
Kallas Ukraynada sərt qış olacağı barədə xəbərdarlıq etdi
09:04 / 27-10-2026
Yapon milyarderin oğlu sirli şəraitdə öldü
23:46 / 26-10-2026
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
23:41 / 26-10-2026
İran Ukraynanın qonşu ölkələrdə dronlar yerləşdirdiyini açıqladı
23:39 / 26-10-2026
Silahlı dava baş verib: bir nəfər ölüb, digəri yaralanıb
21:45 / 26-10-2026
Evli cütlük tanışını meşəyə aparıb öldürdüyünə görə həbs edilib
21:42 / 26-10-2026
İran Prezidenti 8-ci GECF zirvə toplantısı üçün Moskvaya yola düşüb
21:39 / 26-10-2026
Uşakov Putinin Afrika liderləri ilə görüş cədvəlini açıqladı
21:36 / 26-10-2026
Tarix Muzeyi qayda pozuntularına görə 50.000 rubl cərimə edilib
21:34 / 26-10-2026
Pentaqon Zelenskinin "Patriot" raketlərinin çatdırılmasında gecikmələrlə bağlı şikayətlərinə cavab verib
21:31 / 26-10-2026
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
21:27 / 26-10-2026
Tehranda bir restoran reklamı Netanyahunun ləqəbinə bənzərliyi səbəbindən qəzəbə səbəb olub
21:19 / 26-10-2026
Səudiyyə Ərəbistanı 2027-ci ildən etibarən Sinqapur çənlərində neft saxlamağa başlayacaq
21:16 / 26-10-2026
Rusiya Voleybol Komandası 2027-ci il Dünya Çempionatında qrup mərhələsi rəqiblərini öyrənir
21:12 / 26-10-2026
Slutski Avropa Birliyini Serbiya seçkilərinə müdaxilə etməkdə günahlandırdı
21:08 / 26-10-2026
Ukrayna məhkəməsi Yuliya Timoşenkonun girov məbləğini kəskin şəkildə azaldıb
21:04 / 26-10-2026
Rusiyada saxlanılan yapon jurnalistin səhhəti yaxşıdır
21:00 / 26-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
20:56 / 26-10-2026
Britaniyalılar hökumətin müharibə elanlarından sonra radio və fənər alırlar
20:54 / 26-10-2026
Kalaşnikov: "Bəzi Avropa ölkələrinin Rusiyadan təcrid olunmaq istəyi "erməni sindromu"dur".
20:50 / 26-10-2026
16 mindən çox müştəri elektriksiz qalıb
20:48 / 26-10-2026
Karpin Rusiya Milli Komandasının noyabr oyunları üçün Batrakov və Safonovu çağırıb
09:22 / 26-10-2026
Ərəb Koalisiyası husi anbarlarına və buraxılış qurğularına zərbə endirdiyini bildirib
09:19 / 26-10-2026
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
09:16 / 26-10-2026
Orban BMT Baş Katibi vəzifəsinə namizəd olmağa çağırılır
09:13 / 26-10-2026
Yük qatarının relsdən çıxmasından sonra baş verən yanğın söndürülüb
09:11 / 26-10-2026
Keçmiş futbolçu kremasiya edildi
Misirli politoloq: “Hərbdə və sülhün təmin olunmasında Liderin rolu” kitabımı Prezident İlham Əliyevə həsr edəcəyəm
Tarix: 21-12-2021 22:18 | Bölmə: Digər
Baxış sayı: 389
Bölməyə aid digər xəbərlər
Tarix: 21-12-2021 22:18 | Bölmə: Digər

Qarabağ haqqında iki kitabın müəllifiyəm və növbəti – “Hərbdə və sülhün təmin olunmasında Liderin rolu” tədqiqat əsərimi Azərbaycan Prezidenti İlham Əliyevə həsr edəcəyəm.
Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində “Qarabağ: Sülhə aparan yol” və “Dəmir yumruq...2020-ci ilin Qarabağ müharibəsi” adlı kitabların müəllifi, Qafqaz və Mərkəzi Asiya regionu üzrə tədqiqatçı Əhməd Əbdo Tərabik söyləyib. O deyib: “2017-ci ildə Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirak edirdim və mənə birinci kitabımı Prezident İlham Əliyevə təqdim etmək xoşbəxtliyi nəsib oldu. Həmin tədqiqat əsərim 2016-cı ildə ərəbcədən Azərbaycan dilinə tərcümə olunub. Azərbaycanın dövlət başçısı olduqca səmimi və mehriban insandır. Kitabı aldı və mənə təşəkkür etdi. İlham Əliyevin siyasi fəaliyyəti və bir lider kimi yüksək keyfiyyətləri haqqında müxtəlif məqalələr və kitablar çox oxumuşam, həmçinin Azərbaycandakı dostlarım onun təvazökarlığı, insanlarla xoş rəftarı haqqında çox həvəslə bəhs ediblər. Bu cür lideri olan xalq xoşbəxtdir. Prezident İlham Əliyevin bir çox ölkələrin rəhbərlərinə örnək ola biləcək xidmətlərinin bir neçəsini saymaq kifayətdir; iqtisadi tərəqqini və ictimai-siyasi sabitliyi təmin etmək, əhalinin sosial rifahını durmadan yüksəltmək, yüksək diplomatik və siyasi istedadı sayəsində Azərbaycanın beynəlxalq nüfuzunu artırmaq və nəhayət, 30 ilə yaxın işğal altında olan torpaqları azad edərək ərazi bütövlüyünü bərpa etmək bu qəbildəndir. Müharibədə şanlı Ordunun Qələbəsini təmin edən dövlət başçısı, indi Ermənistan silahlı qüvvələrinin dağıtdığı infrastruktur obyektlərinin, tarixi mədəniyyət və dini abidələrin bərpası prosesinə uğurla rəhbərlik edir”.
Ə.Tərabik sonda söyləyib: “Görkəmli siyasət adamı, bütün dünyada, o cümlədən Misirdə və ərəb ölkələrində böyük nüfuza malik olan Prezident İlham Əliyev 60 illik yubileyini qeyd edir. Biz, Azərbaycan xalqı ilə birlikdə bu əlamətdar gündə ona öz ölkəsinin və bütövlükdə regionun tərəqqisi, sülhün və təhlükəsizliyin təmin edilməsi naminə fəaliyyətində yeni uğurlar arzulayırıq. Cənab Prezident, arzumuz budur ki, Sizin yeni qələbələriniz diplomatiya sahəsində nailiyyətlərlə, sülh şəraitində yeni layihələrin həyata keçirilməsi ilə müşayiət olunsun”.
Baxış sayı: 389
Bölməyə aid digər xəbərlər













