22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Yenidən seçilən Cavid Qurbanov Azərbaycan çempionatını bərpa etdi
Tarix: 15-12-2021 15:16 | Bölmə: Digər

                     Yenidən seçilən Cavid Qurbanov Azərbaycan çempionatını bərpa etdi


Uzun müddətdir dayandırılan voleybol üzrə Azərbaycan çempionatı bu həftə bərpa olunacaq.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 17 dekabrda həm kişilər arasında Yüksək Liqada, həm də qadınlar arasında Superliqada oyunlar keçiriləcək. 
Çempionatda neçə komandanın mübarizə aparacağına isə sabaha qədər tam aydınlıq gələcək və onların adları bəlli olacaq. 
Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının prezidenti “Azərbaycan Dəmiryolları” ASC-nin rəhbəri Cavid Qurbanovdur. O, noyabrın 26-da yenidən AVF-nin prezidenti seçilib.   


Baxış sayı: 210


Bölməyə aid digər xəbərlər