Bütün xəbərlər
“Qəbələ” “Neftçi”yə, “Keşlə” “Sumqayıt”a qarşı
Tarix: 15-12-2021 13:00 | Bölmə: Digər

                    “Qəbələ” “Neftçi”yə, “Keşlə” “Sumqayıt”a qarşı


Bu gün Azərbaycan Premyer Liqasında 14-cü tura start veriləcək. “Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Son turlarda uğursuz çıxış edən “Neftçi” turnir cəvdəlinin 2-ci pilləsində qərarlaşan “Qəbələ”nin qonağı olacaq.
Günün son matçında “Sumqayıt” doğma meydanda “Keşlə”nin müqavimətini qırmağa çalışacaq.
Azərbaycan Premyer Liqası
14-cü tur
15 dekabr
“Qəbələ” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Səbuhi Bayramov
Qəbələ şəhər stadionu, 16:00.
“Sumqayıt” – “Keşlə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Sumqayıt şəhər stadionu, 19:00.


Baxış sayı: 191


Bölməyə aid digər xəbərlər