Bütün xəbərlər
İdmançımız DÇ-də bürünc medal qazandı
Tarix: 13-12-2021 22:16 | Bölmə: Digər

                     İdmançımız DÇ-də bürünc medal qazandı



İstanbulda keçirilən parataekvondo üzrə dünya çempionatında Azərbaycan yığmasının üzvü bürünc medal qazanıb.
“Qafqazinfo” xəbər verir ki, 58 kiloqram çəki dərəcəsində dünya çempionatına qatılan gənc parataekvondoçumuz Sabir Zeynalov (K-44) ilk qarşılaşmada Tokio Yay Paralimpiya Oyunlarının gümüş mükafatçısı, misirli Əhməd Yasirə (23:12), sonrakı görüşlərdə rusiyalı Vasili Viqilianskiyə (28:14) və Braziliya təmsilçisi Fabricio Manquez De Souzaya (32:1) qalib gələrək yarımfinala adlayıb.
Finala vəsiqə uğrunda görüşdə Türkiyə təmsilçisi Əli Özcana məqlub olan S.Zeynalov bürünc medalla kifayətlənməli olub.
Yarışda Azərbaycanı doqquz idmançı təmsil edib.

                            



Baxış sayı: 209


Bölməyə aid digər xəbərlər