Bütün xəbərlər
Sumqayıtda “Hədəf” adlı Tir atıcılığı turniri keçirildi
Tarix: 11-12-2021 19:44 | Bölmə: Digər

    Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhərin müxtəlif gənclər təşkilatlarını təmsil edən könüllülərdən ibarət komandalar arasında “05 – dekabr Beynəlxalq Könüllülər Günü”nə həsr olunmuş “Hədəf” adlı tir atıcılığı turniri keçirildi.

    Yarışın məqsədi “05 – dekabr Beynəlxalq Könüllülər Günü”nün qeyd edilməsi, Şanlı Zəfər Tariximizin geniş təbliği, gənclərin çağırışa qədər hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi, vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyəsi və asudə vaxtlarının səmərəli təşkilidir.
     Ümumilikdə 9 komandanın təmsil olunduğu yarışda iştirakçılar hədəfi dəqiq nişan alma mübarizəsində öz bacarıqlarını sınamışlar.
    Yarışın yekun nəticəsinə əsasən I yeri Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin “Şahinlər”, II və III yerləri isə müvafiq olaraq 15 nömrəli tam orta məktəbin “Qalib əsgər” və “Snayper” komandaları tutmuşdur.
    Qalib komandalar Baş İdarənin fəxri fərman, medal və hədiyyələri ilə təltif edilmişdir.
Sabaha-inamla.az










Baxış sayı: 216


Bölməyə aid digər xəbərlər