Cümə axşamı, 22 may 2025, 15:32:18  
Son xəbərlər:
Bütün xəbərlər
“Taliban” qadınların iştirakı ilə televiziya şoularını qadağan etdi
Tarix: 22-11-2021 21:44 | Bölmə: Digər

                    “Taliban” qadınların iştirakı ilə televiziya şoularını qadağan etdi



“Taliban” qadınların iştirakı ilə televiziya proqramlarını qadağan edib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, müvafiq göstəriş noyabrın 22-nə keçən gecə verilib.
Qadağa, həmçinin, İslam dəyərlərinə zidd olan televiziya şouları və proqramlara da qoyulub.
Verilişlərə qadınların çıxması ilə yanaşı, Məhəmməd peyğəmbəri təsvir edən proqramların hazırlanması da qadağandır. Direktiv qadınların jurnalistika ilə məşğul olmasını qadağan etməsə də, lakin onların kadrlarda hicablı görünmələrini məcbur edir.

 



Baxış sayı: 376


Bölməyə aid digər xəbərlər