Şənbə, 24 may 2025, 16:22:05  
Son xəbərlər:
Bütün xəbərlər
Binəli Yıldırım “YAŞAT” Fonduna 1000 manat ianə etdi - Fotolar
Tarix: 05-11-2021 13:07 | Bölmə: Digər

                    Binəli Yıldırım “YAŞAT” Fonduna 1000 manat ianə etdi


Türkiyənin sabiq Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti “YAŞAT” Fondunun təşkil etdiyi “Zəfər” yarmarkasını ziyarət edib.
"Qafqazinfo" xəbər verir ki, qonağa noyabrın 9-dək davam edəcək yarmarkanın “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda keçirildiyi barədə məlumat verilib. Yarmarkadan əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək.
Binəli Yıldırım ərazidə quraşdırılan “ASAN ödəniş” terminalı vasitəsilə “YAŞAT” Fonduna 1000 AZN məbləğində ianə edib.








 Biz



Baxış sayı: 387


Bölməyə aid digər xəbərlər