12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Dünya və Avropa çempionumuza ağır cəza verildi
Tarix: 30-09-2021 08:29 | Bölmə: Digər

                    Dünya və Avropa çempionumuza ağır cəza verildi


Azərbaycan Ağır Atletika yığmasının üzvü Boyanka Kostova 8 il müddətinə diskvalifikasiya olunub. 
“Qafqazinfo” xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma federasiyası məlumat yayıb. 
Dopinq-testi müsbət çıxan bolqarıstanlı legionerin cəzası bu ilin mayın 10-dan hesablanacaq və 2029-cu ilin mayın 3-də başa çatacaq.
Qeyd edək ki, bu, Kostovanın ilk cəzası deyil. O, 2018-ci ildə də antidopinq qaydalarını pozduğuna görə iki illik cəzalandırılmışdı.
Qeyd edək ki, Boyanka Kostova aprelin 5-də Moskvada keçirilən Avropa çempionatının qalibi olmuşdu. O, 2015-ci il dünya çempionatının da qızıl medalına sahib çıxıb. Kostova 2012, 2015, 2016-cı illərdə də qitənin ən güclüsü olub. O, Olimpiadaya lisenziya qazanmış idmançılardan idi.



Baxış sayı: 305


Bölməyə aid digər xəbərlər