12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Mahir Emreli Polşa çempionatında ilk qolunu vurdu - Video
Tarix: 20-09-2021 00:34 | Bölmə: Digər

                       Mahir Emreli Polşa çempionatında ilk qolunu vurdu


Millimizin hücumçusu Mahir Emrelinin komandası “Legiya” bu gün növbəti oyununa çıxıb.
“Qafqazinfo” xəbər verir ki, Varşava təmsilçisi Polşa çempionatının 8-ci turunda “Qurnik”i qəbul edib.
Görüş “Legiya”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Mahir matçın 46-cı dəqiqəsində meydan daxil olub. O, 79-cu dəqiqədə komandasının 3-cü qolunu vurub. Bu, Emrelinin Polşa çempionatında ilk qoludur.
24 yaşlı hücumçu buna qədər Çempionlar Liqasında 2, Avropa Liqasında 3 və Polşa superkubokunda 1 qol vurmağı bacarsa da, çempionatda rəqib qapılarına yol tapa bilməmişdi.
“Legiya” bu nəticədən sonra 9 xalla 12-ci pillədə qərarlaşıb.

              


Baxış sayı: 252


Bölməyə aid digər xəbərlər